20 yanvar şəhidlərin xatirəsini Kəlbəcər ictimaiyyəti də anıb. Rayon rəsmiləri tərəfindən Göygölün Murovdağ qəsəbəsində Vətən müharibəsində şəhid olanların qəbirlərini ziyarət edərək, ruhlarına dualar oxunub. Ardından Gəncədə kəlbəcərlilərin kompakt yaşadığı qəsəbədəki abidə kompleksinə yürüş olub. Abidənin önünə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri tərəfindən gül dəstələri düzülüb. 20 Yanvar hadisəsinin Azərbaycan tarixində faciə deyil, istiqlal yolunun başlanğıcı, milli azadlıq istəyinin oyanışı olduğuna diqqət çəkilib. Bunun uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın zəncirləri qıraraq, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarix olduğu vurğulanıb. Qırmızı ordunun qarşısına əli yalın çıxan xalqın azadlıq arzusunu bütün dünyaya nümayiş etdirdiyi, öz qanı bahasına müstəqilliyini qazandığı bildirilib.
Elnur Rzayev
- Baxış: 91