• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 19.01.2024 15:28

İşğaldan azad olunan rayonlarda tullantı poliqonları və ötürücü məntəqələrin salınması üçün ərazi ayrılıb

KepezTV Player

İşğaldan azad olunan rayonlardan 7-nin ərazisində tullantı poliqonları, 2 rayon ərazisində isə ötürücü məntəqələrin salınması üçün ərazi ayrılıb. Ağdam rayonu ərazisində 15, Tərtər, Qubadlı, Cəbrayıl ərazisində 5, Şuşa ərazisindəki tullantıları idarə etmək üçün Xocalı ərazisində 10, Laçın və Kəlbəcərdə isə 10 hektar torpaq sahəsi tullantı poliqonlarının salınması üçün nəzərdə tutulub. Füzuli və Zəngilan ərazisində müvafiq olaraq 5 və 10 hektar torpaq sahələri isə ötürücü məntəqələrin salınması üçün ayrılıb. Bu barədə poliqonlar üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin müzakirəsi zamanı deyilib. 9 sənəd hazırlanıb, bütün layihə məlumatları həmin sənədə daxil edilib, Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub.