Keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Gəncədə təlim keçirilib. Məntəqələrdə seçkiyə nəzarət edən məsul şəxslərə seçki prosesi zamanı vətəndaşların seçki hüququnun təmini sahəsində yarana biləcək çatışmazlıqların müəyyən edilməsi, şikayətlərə dair müvafiq qərarların qəbulu üçün görüləcək işlərdən danışılıb. Seçkinin ölkənin qanunvericiliyinə və beynəlxalq standartlara uyğun keçirilməsinin əhəmiyyəti vurğulanıb. Təlimdə prosesin demokratik və şəffaf bir şəkildə təşkil olunması üçün bütün təlimatlara riayət olunmasına diqqət çəkilib. Bunadək Gəncədə seçkilər 4 dairə üzrə 134 məntəqədə həyat keçirilib. Lakin son təkmilləşdirmədən sonra dairələrdən birinin dislokasiyası artırılıb. Samux və Goranboyun 26 məntəqəsi həmin dairənin tərkibinə daxil edilib. Belədə, vətəndaşlar 160 məntəqədə istədikləri namizədə səslərini verə biləcəklər.
- Baxış: 96