KepezTV Player
Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışla bağlı zəruri istintaq tədbirləri davam edir. Bu gün Baş prokurorun birinci müavini Elçin Məmmədov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib. Onlar axtarış işləri ilə tanış olublar. Elçin Məmmədov istintaq hərəkətləri ilə bağlı tapşırıqlar verib. Dağıntılar altından 3 nəfər salamat çıxarılıb, 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir. 4 nəfərin vəziyyəti ağır stabildir.
- Baxış: 57