KepezTV Player
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Azərbaycanın məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən nazirlik rəsmisi iddiaları tam əsassız və məsuliyyətsiz kimi dəyərləndirib. "Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”. Sitatın sonu.
- Baxış: 63