• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 16.01.2024 11:58

İşğaldan azad edilən ərazilərə köçürülən 1138 nəfərin məşğulluğu təmin olunub

İşğaldan azad edilmiş ərazilərə köçürülən 1138 nəfərin məşğulluğu təmin olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən verilən məlumata görə, hazırda 798 nəfərin məşğulluğa cəlb edilməsi istiqamətində iş aparılır. 2023-cü ilin 1 yanvar tarixindən etibarən işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət təsis edilib. Həmin müavinətin məbləği 600 manatdır.