• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 15.01.2024 08:59

6 otaqlı evdə yanğın olub

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Alov qısa müddətdə söndürülüb. Vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin konstruksiyaları 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik evlər mühafizə edilib.