KepezTV Player
Bu gündən fevralın 6-sı saat 8-dək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanır. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Ödənişli seçkiqabağı təşviqata 44 media orqanı qoşulur. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.
- Baxış: 85