• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 14.01.2024 20:37

İlk qar fəsadsız ötüşüb

KepezTV Player

Gəncə səhərini ağ örpəyə bürünərək açıb. Qarın yağmasından ən çox sevinən isə təbii ki, balacalar olub. Onların bu sevincini bölüşmək üçün mikrofonumuzu alıb, çıxdıq Gəncə küçələrinə...

Əlbəttə ki, sevinc yaradan hər şeyin özünəxas çətin tərəfi də var. Qarın yağmasında da bu hal istisna deyil... Ağ örpəyə bürünən yollar nə qədər gözoxşayan görünsə də, buza çevriləndə yaman olur. Ömrü gün çıxana qədər olan buz isə qısa müddətdə etdiyini edir. Bu dəfə necə oldu?! Bunu ən yaxşı sürücülər bilər deyib, sualımızı onlara ünvanladıq...    

Sürücülər üçün yollar rəvandır. Bu, baş verə biləcək yol nəqliyyat hadisələrinin də az olacağı deməkdir. Bəs piyadalar?! Onlar isə maksimum ehtiyatı əldən verməməlidirlər. Baş Dövlət Yol Polisi İdarəsi və FHN mövcud hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Aişə Rzayeva