KepezTV Player
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülüb. Bununla yanaşı, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, ov silahlarını polisə könüllü təhvil veriblər. 2-si yivli olmaqla ümumilikdə 15 silah polis əməkdaşları tərəfindən qəbul edilərək müvafiq ekspertizaya təqdim edilib. Polis əməkdaşlarının daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz ovla məşqul olan 4 nəfər rayon sakini saxlanılib, barələrində qanuna uygun müvafiq tədbir görülüb.
- Baxış: 131