KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri və 71 zal nəzarətçisi ayrılıb. İlkin məlumatlara əsasən, 2 nəfərin üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Xarici dil fənni üzrə esselərin yoxlanılması ilə əlaqədar imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
- Baxış: 103