KepezTV Player
Azərbaycan Dəmir Yolları paytaxt və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və digər marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq. Dəmir Yollarından verilən məlumata görə, yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir. Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.
- Baxış: 75