• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 13.01.2024 12:03

Məişət tullantıları yığılmış tikilidə yanğın olub

KepezTV Player

Bakının Xətai rayonu, General Şıxlınski küçəsində taxta və məişət tullantıları yığılmış tikilidə yanğın olub. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 30 kvadratmetr sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər isə mühafizə olunub.