• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 11.01.2024 19:12

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti Edqars Rinkeviçs arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar məktub mübadiləsi olub. İki ölkə arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb. Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərin uğurla davam etdirəcəyinə inam ifadə olunub.