• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 11.01.2024 11:04

Narkotiklərin dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat gizlədən şəxslər saxlanılıb

KepezTV Player

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayon sakini Əli Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana və avtomat patronları aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun rayon ərazisində gizlətdiyi atəşə yararlı lüləsi və qundağı kəsilmiş tüfəng, 100 ədəd avtomat patronu, “Kalaşnikov” markalı silaha məxsus daraq , eləcə də 155 qram narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə Rəsul Alməmmədov üzərində marixuana ilə saxlanılıb.  Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.