• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 10.01.2024 16:06

Məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir

Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən sınaq imtahanları davam edir. Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanların növbəti günündə çətin keçilən ərazilərdə tank və piyadanın döyüş maşınlarının idarə edilməsi, eyni zamanda, zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib. İmtahanların əsas məqsədi hərbi qulluqçuların döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsidir.