• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 09.01.2024 18:34

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb

Mərkəzi Seçki Komissiyası daha 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb. Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi isə başa çatıb. Fevralın 7-nə təyin edilən Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar xaricdəki seçki dairələrinin siyahısı da təsdiqlənib. Bundan başqa, Mərkəzi Seçki Komissiyasından seçkilərlə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb. MSK-da 242, dairə seçki komissiyalarında 14 281 yerli müşahidəçi qeydiyyatdadır. 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi də akkreditasiyadan keçib.