• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 08.01.2024 19:56

Uşaqlar arasında kəskin virus yayılıb

KepezTV Player

Öskürək, qızdırma, qusma, baş ağrıları və halsızlıq. Gəncədə Uşaq Xəstəxanasına gətirilənlərdə daha çox bu əlamətlər özünü göstərir. Həkimlərin müayinəsi isə daha çox stasionar müalicəni vacib edir. 

Ruhiyyə Bayramova- valideyn: “Dörd gün olar qızdırması möhkəm qalxdı. Xəstəxanaya gətirdik. Həkim evə aparmağa icazə vermədi. Burada yatmağa yazdı. Hazırda müalicə alır”.

Nəzrin İsayeva- valideyn: “Gətirəndə nəfəs ala bilmirdi, öskürək çox idi. İndi şükür, rahat yatır. Sistemlər vaxtlı-vaxtında qoyulur, inqalyasiya edilir”.

Aidə Cabbarova- valideyn: “Yeddi günə yaxındır ki, xəstəxanadayıq. Uşaq qızdırmadan yanırdı. Həkimlər çox sağ olsun, dərman verdikdən, sistem vurdurduqdan sonra xeyli yaxşılaşıb. Müalicələri davam edir”.

Həkimə vaxtında müraciət və düzgün diaqnoz uşaqların müalicəsində tez sağalmanın başlıca səbəbidir. 

Gültən Məmmədzadə- həkim: “Bəzən yeddi günlərə qədər çəkən 40-41 dərəcəyə qədər yüksələn hərarətlər, öskürək, burun axıntısı, bəzən qusma və ayaq işləmə əlamətləri ilə müraciət edirlər. Əgər uşaqlarda virus infeksiyaları varsa daha çox uşaqlarda septamatik müalicələr aparılır. Amma bakterial infeksiyalar olduğu zaman uşaqların yaşına, çəkisinə, diaqnozuna uyğun antibiotik müalicələr təyin olunur. Mütləq həkimə müraciət etsinlər. Heç bir həkim təyinatı olmadan apteklərə müraciət edib, uyğun olmayan antibiotiklərdən istifadə etməsinlər”.

Xəstəxanaya gətirilən uşaqlara vəziyyətlərinə uyğun stasionar və ambulator müalicələr təyin edilir. Ev şəraitində müalicə olunanlar isə həkim nəzarətində saxlanılır. Hazırda Gəncədə 60-a yaxın uşaq xəstəxana şəraitində müalicə alır. 

Elnur Vahidoğlu