• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 08.01.2024 09:29

Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb

KepezTV Player

Mərhum Əməkdar artist Aygün Bəylər ilə vida mərasimi bu gün saat 11:00-da Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək. Bu barədə sənətçinin yaxınları bildirib. Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək. Aygün Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist iki gün öncə Türkiyədə xəstəxanada vəfat edib.