KepezTV Player
Qızılcaya yoluxan şəxslə kontaktda olan hamilə qadınlar təcili şəkildə həkimə müraciət etməli, 72 saat ərzində onlara qızılca əleyhinə immunoqlobulin yeridilməlidir. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib. Bu, həm virusa yoluxmanın qarşısını alır, həm də yoluxma baş verərsə, onun yüngül keçməsinə şərait yaradır. Vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər.
- Baxış: 85