• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 07.01.2024 08:49

Xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti başa çatır

KepezTV Player

Növbədənkənar prezident seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb. Dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları tərəfindən müvafiq yerlər müəyyən edilib. Eləcə də Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılması müddəti bu gün başa çatır. Bu barədə Növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə Təqvim planında qeyd edilib. Sabahsa seçkilərlə əlaqədar namizədin qeydə alınması ilə bağlı zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi üçün ayrılan müddət başa çatır. Bu arada, Prezident seçkiləri dövründə polisin həyata keçirəcəyi tədbirlər müəyyənləşib. Azərbaycanda növbədənkənar Prezident seçkiləri fevralın 7-də keçiriləcək.