• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 06.01.2024 19:26

Xankəndidə pulemyot və avtomat silahları aşkarlanıb

Xankəndi şəhərində polis əməkdaşları döyüş silah-sursatları aşkarlayıb. Şəhər ərazisində 14 müxtəlif markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança tapılıb. Eyni zamanda 6 ədəd qumbara, 1 ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkar olunub.