• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 06.01.2024 19:24

Oğurluq edən maskalı şəxslər saxlanılıb

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndində yerləşən ərzaq mağazasına 2 nəfər maskalı şəxsin qeyri-qanuni yolla daxil olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, naməlum şəxslər mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan 250 manat nağd pul, 2000 manat dəyərində tütün və ərzaq mallarını oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunmuşlar, rayonun Yolqulular kənd sakini, Əli Məmmədov və Gəncə şəhər sakini,  Rövşən Qafarov olmaları müəyyən edilib və həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Şübhəli şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ə. Məmmədovun 2023-cü ilin fevral ayında həmkəndlisinin evinə qeyri-qanuni yolla daxil olaraq oradan 200 ABŞ dolları və 204 manat nağd pul oğurlaması da məlum olub. Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.