• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2072
— 30.12.2023 15:54

Anar Kərimov: Biz 2024-cü ildə də uğurlu sosial proqramların icrasının şahidi olacağıq

KepezTV Player

2023-cü ilin əvvəlində 1500 mənzilin və fərdi evin şəhid ailə üzvlərinə və müharibə əlilliyi olan şəxslərə verilməsi nəzərədə tutulub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, proqram vaxtında icra olunub. Müharibə bitdikdən sonra şəhid ailə üzvlərinə və müharibə əlilliyi olan şəxslərə ümumilikdə 6000 mənzil və fərdi evlərin verilməsi həyata keçirilib. Bu kateqoriyadan olan şəxslərə 424 avtomobil verilib, 11 mindən artıq şəxsə sosial psixoloji və reabilitasiya xidməti göstərilib. 2024-cü ildə də uğurlu sosial proqramların icrasının şahidi olacağıq.", - deyə nazir müavini əlavə edib.