KepezTV Player
Gəncədə oğurluq hadisələri baş verib. Polis əməkdaşları sexlərin birindən 4200 manat dəyərində xəmir qarışdıran aparat, elektron tərəzi və məişət əşyası, digər bir evdən isə kombi aparatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rəşad Qənbərovu saxlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 270