KepezTV Player
Azərbaycan Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə görmür. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib. Hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır. "Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Azərbaycan və Ermənistan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - deyə Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi Fransanın hərəkətlərində müşahidə edilən Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılmasının əks effekt verdiyini də vurğulayıb.
- Baxış: 165