• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 29.12.2023 15:48

2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq

KepezTV Player

“2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq”. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bu il sertifikatlaşdırma imtahanından kəsilənlər 2024-cü ildə yenidən imtahan vermək şansı qazanıblar. 2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır. Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər. Belə müəllimlərin həm də növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfdir.