Azərbaycan hazırda sonuncu sülh sazişi layihəsi üzrə Bakının rəylərinə Ermənistanın cavabını gözləyir. Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "The Guardian" nəşrinə müsahibəsində deyib. "Aydındır ki, biz yekun sazişdən elə də uzaq deyilik. Bizə nəticəyönümlü səmərəli fəaliyyət lazımdır.", - deyə Elçin Əmirbəyov əlavə edib. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir. Elçin Əmirbəyovun sözlərinə görə, əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə, egional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb.
- Baxış: 165