• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 27.12.2023 20:03

Sağlamlıq turizminin inkişafına dair təkliflər nəzərə alınacaq

KepezTV Player

Ölkəmizin sağlamlıq turizmi sahəsində geniş imkanlara malik olduğu nəzərə alınaraq, bu sahədə potensialın reallaşdırılmasında özəl sektorun iştirakının genişləndirilməsi, eləcə də sahibkarların təkliflərini və gözləntilərini öyrənmək üçün Naftalanda tədbir keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq turizminin inkişafı: mövcud vəziyyət və potensial biznes imkanları” mövzusundakı tədbirdə turizmin, o cümlədən sağlamlıq turizminin ölkə iqtisadiyyatının prioritet sahələrindən olmasına diqqət çəkilib. Bu sahədə Naftalan şəhərinin xüsusilə seçilməsi barədə fikirlər səsləndirilib. Çıxışlarda vurğulanıb ki, Naftalanda 20-yə yaxın sanatoriya, kurort və mehmanxana fəaliyyət göstərir. Hər il minlərlə insan müalicə üçün Naftalana gəlir. Naftalana MDB-dən, o cümlədən Avropa ölkələrindən gələn turistlərin sayı ildən-ilə artır. Bu isə turizm şirkətləri üçün korporativ təkliflər formalaşdırmağa və bölgələrarası müxtəlif turizm marşrutlarının yaradılmasına imkan verir. Naftalandakı sağlamlıq mərkəzləri təkcə turizmin inkişafında deyil, həm də digər sektorlarda, xüsusilə ictimai iaşə və xidmət sahələrində çalışan çoxsaylı KOB subyektlərinin fəaliyyətinin genişləndirilməsində, şəhərin ümumi iqtisadi inkişafında, məşğulluğun artırılmasında da əhəmiyyətlidir. Tədbirdə həmçinin, kadr ehtiyatlarının çatışmazlığı və bu istiqamətdə çətinliyin həlli yollarına, sağlamlıq turizminin genişləndirilməsində sığorta şirkətlərinin fəaliyyətinə, bu sahədə korporativ əməkdaşlığın inkişafına, turizm bazarında marketinqə, xidmət çeşidinin və keyfiyyətinin artırılmasına dair fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində qaldırılan məsələlər və formalaşan təkliflər KOBİA ilə Dövlət Turizm Agentliyinin müvafiq sahədə birgə təşəbbüslərinin həyata keçirilməsi zamanı nəzərə alınacaq.

İlqar Hüseynov- sahibkar: “Bu gün müzakirə olunan məsələlərdən biri əsas kadr çatışmazlığı, Naftalanın genişlənməsi üçün, biznes strukturlarının artırılması üçün investisiya qoyuluşu və dövlət tərəfindən dəstək, sonrakı məsələlər bu gün biz bilirik ki, torpaqlarımız alınıb, Qarabağ torpaqlarında hər hansı layihənin verilməsi və Naftalan sahibkarlarının orada yeni bir iş görməsidir”.

Fərid Mehdiyev