• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 27.12.2023 16:12

2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb. İmtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Tam 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3-10 mart tarixlərində, ümumi 9 illik orta təhsil səviyyəsi üzrə 17 mart, 7 aprel və 21 apreldə keçiriləcək. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.