• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 25.12.2023 19:53

Turizm sektorunda çalışmaq istəyənlər üçün yarmarka

KepezTV Player

Dövlət Turizm Agentliyi Gəncə Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Gəncədə “Gənc turizmçilərin şəbəkələşmə və əmək yarmarkası” keçirilib. Tədbir gənc tələbələrin gələcək karyeralarının qurulması, rəqabət qabiliyyətli və potensiallı kadrların sənaye ilə birbaşa əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır. Əmək yarmarkasında müxtəlif dövlət qurumları, təhsil müəssisələri, turizm sənayesinin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən müəssisələr iştirak ediblər. Turizmdə gənc, savadlı və potensiallı kadrların olmasına böyük ehtiyac duyulduğu vurğulanıb. Bugünkü tədbirin həm iş axtaran gənclər, həm də savadlı və təcrübəli işçilər axtaran müəssisələr üçün bir fürsət olduğu bildirilib. Tədbir çərçivəsində startapların təqdimatı olub və turizmdə uğurlu karyera hekayələri dinlənilib.

Fərid Mehdiyev