KepezTV Player
Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib. “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib. Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər. O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.
- Baxış: 212