KepezTV Player
Qərbi Azərbaycan İcması Fransa meriyasının bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. İcmanın bəyanatında Fransada Natəvanın abidəsinin sökülməsi təhlükəsinin erməni və fransız cəmiyyətinin hansı “ortaq dəyərlər”ə malik olmasını nümayiş etdirdiyi vurğulanır. "Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranmış vəziyyət fransız cəmiyyətini çulğalayan Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir" - deyə bəyanatda qeyd olunub.
- Baxış: 175