• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 23.12.2023 11:47

Kürəkən qayınatasını bıçaqlayıb

KepezTV Player

Hadisə Tovuz rayonunun Abulbəyli kəndində qeydə alınıb. 39 yaşlı Fərhad Yusifov kürəkəni 25 yaşlı Əvəz Babayev tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, kürəkən ondan boşanmaq istəyən həyat yoldaşı ilə barışmaq üçün qaynatasının evinə gedib. Bu zaman aralarında yaranan mübahisəyə son qoymaq üçün Babayev bıçağa əl atıb. Qızını xilas etmək istəyən Fərhad Yusifov isə bıçaq zərbələrinə tuş gəlib. Qayınata aldığı xəsarətlərlər xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fərhad Yusibovu bıçaqlamaqda şübhəli bilinən Əvəz Babayev saxlanılaraq istintaqa təhvil verilib.

Türkan Yusifova- zərərçəkənin qızı: “Xəsarət alan atamdır. Yoldaşım tərəfindən xəsarət alıb. Axşam saatlarında bibisi zəng vurdu, dedi, Əvəz gələcək, uşağı aparacaq. Sonra beş-on dəqiqə keçməmiş gəldi, qapını vurdu, dağıtdı. Bıçaqı mənə vurmaq istəyəndə, atam məni itələdi, bıçaq atama dəydi. Elə soxub-çıxarırdı, bilmirdi ki, əlinin altındakı adamdır. İçki içirdi, axır vaxtlar da narkotikə qurşanmışdı. Ayrılmışdım, bir həftə idi atamgildə idim. Mən dedim istəmirəm, zorla evlilik olmur. İstəmirəm, getmirəm. Məni ailə gözündə görmürdü. Mənə xəyanət edirdi”.

Qeyd edək ki, ailənin bir azyaşlı övladı var. Türkan Yusifova ikinci uşağa hamilədir.

Faktla baglı araşdırma aparılır.