• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 22.12.2023 16:45

Qurban Qurbanov Xankəndidə yubiley qələbəsini qazanıb

KepezTV Player

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xankəndidə keçirilən Azərbaycan Kuboku oyununda yubiley qələbəsini qazanıb. Bu, 1/8 final mərhələsinin MOİK-lə görüşünə təsadüf edib. Rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qalibiyyətini əldə edib. Bu, 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb. Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009 mövsümündə qazanıb. Komanda həmin vaxt 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.