• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1443
— 22.12.2023 15:28

İl ərzində görülən işlər müzakirə edilib

KepezTV Player

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində 2023-cü ildə görülən işlər müzakirə olunub.  Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan "Heydər Əliyev İlində" bölmə tərəfindən Ümummilli liderə həsr olunan 4 konfrans, 2 dəyirmi masa, seminarlar və onlayn formatda bir çox tədbirlər təşkil olunub. Çapdan çıxan "Gəncə şəhəri və Heydər Əliyev", İlham Əliyevin 20 illik prezidentlik dövründə Gəncədə görülən işləri özündə əks etdirən "İlham Əliyevin Gəncəyə Səfərləri" və "Ata vəsiyyəti" monoqrafiyaları haqda söz açılıb. İl ərzində akademiyanın Gəncə bölməsinin elmi işçilərinin iştirak etdiyi yerli və beynəlxalq tədbirlərin əhəmiyyətinə toxunulub.

Fuad Əliyev- AMEA-nın Gəncə bölməsinin sədri: “Bütün bunlar hamısı sırf Heydər Əliyevin 100 illiyi ilə bağlı olan işlərdir və bütün bu görülən işlər haqqında yüzlərlə məqalələrdən, konfranslardan toplandı, nəşr olundu insanlara çatdırıldı. Hesab edirəm ki, bu da Gəncə ziyalılarının, Gəncə alimlərinin birgə topladığı elmi məqalələr, elmi əsərlər gələcək dövlətçiliyimiz üçün, dövlət quruculuğu üçün ən vacib şərtlərdən biri olacaq”.

Ramin Paşayev