KepezTV Player
Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
- Baxış: 226