• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 20.12.2023 15:50

Bağça müdiri olmaq istəyənlərin nəzərinə: elektron sənəd qəbulunun müddəti uzadıldı

KepezTV Player

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb. Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər dekabrın 26-sı saat 11-dək qeydiyyatdan keçə bilərlər. Ötən müsabiqədə iştirak etmiş şəxslərin yenidən müraciəti mümkündür. Belə ki, həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.