Azərbaycanda gələn il fevralın 7-də keçiriləcək prezident seçkilərində səsvermə prosesini müşahidə etmək üçün beynəlxalq təşkilatların nümayəndələrinə də dəvət göndərilir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib. Prosesin yüksək səviyyədə təşkili üçün ölkə üzrə bütün dairə və məntəqə seçki komissiyalarında geniş imkanlar yaradılıb. Seçkilərin şəffaf keçirilməsi üçün vebkameralardan da istifadə olunacaq.
İşğaldan azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb
Prezidentinin köməkçisi Zeynal Nağdəliyev isə deyib ki, ölkədə 6 milyon 354 min 556 nəfər seçici var və siyahıların dəqiqləşdirilməsi ciddi nəzarətdədir. İşğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin səsverməsi də diqqət mərkəzindədir. Orada 26 seçki məntəqəsi yaradılıb.
- Baxış: 147