• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 20.12.2023 09:02

ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin 11-ci iclası keçirilib

KepezTV Player

ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin 11-ci iclası keçirilib. Komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən Azərbaycan muğamı, yallı, çövkən, Lahıc misgərlik sənəti, dolma hazırlanması, pəhləvanlıq kimi 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib. Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur. Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb.