Boşanmaların əsas səbəbi açıqlanıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında çıxışı zamanı danışıb. Boşanmaların bir çoxu ailədə iqtisadi vəziyyətlə bağlı olursa, boşandıqdan sonra bu vəziyyət daha da kəskinləşir. Buna görə də biz Aliment Fondunun yaradılması ilə bağlı təkliflər vermişik”. Bahar Muradova deyir ki, boşanmalarla bağlı məsələ Ədliyyə Nazirliyinin səlahiyyətindədir və komitə onlarla birlikdə bu prosesdə iştirak edir. Komitə sədri erkən nikahların artdığını da qeyd edib.
Bahar Muradova- Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri: “Bakı şəhərində 5, digər iqtisadi rayonlar üzrə isə 271 şəxsə nikah yaşının azaldılması ilə bağlı icazə verilmişdir. Keçən il 269 erkən evliliyin qarşısı alınıb. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı təhlil hazırlanıb. Bunun nəticəsi də onu deməyə əsas verir ki, biz 18 yaşdan aşağı ailə qurmağa icazə ilə bağlı istisna halı aradan qaldırmağa dəstək verməliyik”.
Azad Mustafayev
- Baxış: 125