Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində dekabrın 16-da avtomobil qəzasına düşən Peşəkar Futbol Liqasının rəhbərliyindən ikisi xəstəxanadan evə buraxılıb. Evə buraxılanlar PFL-in icraçı direktor Zaur Hacı-Məhərrəmov və qurumun texniki-idman direktoru Elgiz Abbasovdur. Hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
- Baxış: 177