• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 709
— 18.12.2023 12:05

QAİ: "Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir"

KepezTV Player

“Utanc hissini itirmiş bir qrup fransız ictimai-siyasi xadim, mer 2024-cü ildə BMT-nin İqlim sammitinin Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış edib. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir”. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. "Fransa və Ann İdalqo kimilərin Azərbaycana qarşı bütün addımları əbəsdir. Zaman göstərdi ki, bu təfəkkürdə olanların Ermənistana köməyi maksimum bir neçə Qarabağ ermənisinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər”, - deyə bəyanatda vurğulanır.