• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 18.12.2023 12:00

Yol qəzasına düşən PFL rəhbərliyinin son durumu açıqlanıb

KepezTV Player

Ağdamda “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət aldığı üçün əməliyyat olunan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və PFL-in vitse-prezidenti Aslan Şahgəldigev Bakıdakı tibb müəssisəsinin reanimasiya şöbəsindədirlər, müalicələri davam etdirilir. Xəstəxanadan bildirilib ki, digər 4 nəfər stasionar şəraitdə müalicə alır, vəziyyətləri nisbi stabil olaraq qiymətləndirilir.