• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 16.12.2023 18:48

Xankəndi ilk rəsmi yarışa ev sahibliyi etməyə hazırlaşır

KepezTV Player

1 aya yaxındır ki, Xankəndi stadionunda təmir-bərpa işləri aparılıb. Şəhərin işğalı dövründə tribunalarda “qondarma rejim”in qondarma bayrağının rənginin əks olunduğu oturacaqlar dəyişidirilib və oraya Xankəndi sözü yazılıb. Demək olar ki, idman qurğusu kubok oyununa hazırdır. Sovet dövründə Xankəndi stadionunda Mingəçevirin “Toxucu” komandasının və “Dinamo Kirovabad”ın heyətində oyunlar keçirən gəncəli veteran futbolçu Vahid Abbasov yenidən böyük futbolun doğma şəhərimizə qayıtmasının hamının ürəyincə olduğunu deyir.

Vahid Abbasov- veteran futbolçu: “30 ilə yaxın Xankəndi işğal altında olduğu vaxt futbol orada tamamilə məhv olmuşdu. Orada birinci növbədə futbol bərpa olunur və yaxın vaxtlarda gördük ki, stadion bərpa olunaraq idmançıların ixtiyarına verilib. Bu yaxın vaxtlarda da “Qarabağ” komandası öz oyunlarını Xankəndidə keçirəcək. Bütün futbol və idman ictimaiyyətinin ürəyindəndir ki, Qarabağda futbol inkişaf edəcək”.

Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, gəncəli millət vəkili Müşfiq Cəfərov hərbi paraddan sonra ilk tədbirin məhz idman sahəsinə aid olmasını sülhə çağırış kimi qiymətləndirib.

Müşfiq Cəfərov- millət vəkili: “Qarşıdan gələn həftə ilk dəfə “Qarabağ” və “MOİK” oyunu keçiriləcək. Bundan öncə də işğaldan azad edilən ərazilərdə idman tədbirləri keçirilib. Ancaq Xankəndi və Şuşanı biz böyük qururla qeyd edirik və ilk dəfə orada məhz futbol oyunu keçiriləcək. İdmanı biz hər zaman sülhə çağırış kimi qeyd edirik. Paraddan sonra Xankəndidə məhz ilk dəfə idman tədbirinin təşkil olunması sülhə çağırış kimi qiymətləndirilir”.

“Qarabağ” – “MOİK” oyunu dekabrın 21-də keçiriləcək. Saat 14:00-də start götürəcək görüşdə məhdud sayda azarkeş də iştirak edəcək.

Orxan Cəfərzadə