• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 16.12.2023 12:06

Peşəkar Futbol Liqasının əməkdaşları qəzaya düşüb, yaralılar var

KepezTV Player

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. İçərisində Peşəkar Futbol Liqasının əməkdaşları olan maşındakı 6 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin xilasedici tərəfindən mikroavtobusda sıxılmış vəziyyətdə qalan 3 nəfər avtomobildən çıxarılıb. Hadisə nəticəsində Bakı sakinləri 1984-cü il təvəllüdlü Sənan Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Səmədov, 1982-ci il təvəllüdlü Rasim Qafarlı, 1981-ci il təvəllüdlü Aslan Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Abbasov və 1981-ci il təvəllüdlü Zaur Hacıməhərrəmov müxtəlif dərəcəli xəsarətlərlə Bərdədəki xəstəxanaya aparılıb. Daha sonra onlar Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Sənan Abdullayev isə mətbuat katibidir. Elxan Səmədov və Aslan Şahgəldiyevin tibbi vəziyyəti kritikdir, onlar əməliyyata alınacaqlar. Digər yaralılardan 2-nin vəziyyəti orta-ağır, 2-nin durumu isə stabil qiymətləndirilir. Mikroavtobusda qəzaya düşən PFL əməkdaşları dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı ilə əlaqədar Xankəndiyə gedirmişlər.