• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 16.12.2023 11:38

Avtomobildə yüksək səs siqnalından istifadə edən sürücü həbs olunub

KepezTV Player

Lənkəran Şəhər Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsi əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanı üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub. Bununla yanaşı, Salayevin narkotik vasitədən istifadə etdiyi müəyyən edilib. Onun məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Şəxs barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Fərid Salayev inzibati qaydada həbs edilib.