KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordyu ilə görüşüb. Görüşdə Azərbaycan-Avropa İttifaqı gündəliyinin məsələləri, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivlərinin müzakirə edildiyi vurğulanıb.
Bundan başqa, Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə də görüşüb. Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb.
- Baxış: 187