• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 08.12.2023 10:23

Beynəlxalq Rəssamlar Günü

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim...

Bu gün bütün rəng çalarlarını və duyğuları özündə əks etdirən peşədən danışacağıq. Çünki bu gün Beynəlxalq Rəssamlar Günüdür.

2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr - Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları unutdurmamaq üçün qeyd olunur. Beləliklə, ildə ən azı bir dəfə onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük. Həmçinin dünyadan zövq almağı və onu sevməyi öyrənirik. Rəsm aləminə dalaraq dünyanı rəngarəng, eyni zamanda ruhumuzda hiss edəcəyimiz harmoniya ilə duya bilirik. Həyat bir anlıq sevməyə, sevilməyə və ən dərindən yaşamağa dəyər bir yerə çevrilir. Daha dərindən öyrənməyin yolu, sənətdə dərin iz buraxmış insanlardan keçir.

Elnarə Rəsulova- Rəsm müəllimi: İnsan həyata rəssam gözü ilə baxmalıdır. Fırçanı, kətanı ümumiyyətlə işini sevməlidir ki, gözəlliklər ərsəyə gətirə bilsin”.

Müsahibimizin dediklərinə görə, rəssamlıq könül işidir, ruh işidir. Könül gözü bağlı olanlar nə rəsmdən anlayarlar, nə də fırçayla kətanı sevgili etməyi bacararlar. Digər sualım isə belə oldu ki, rəssam olmaq istəyən gənclərə tövsiyəniz nə olardı?

Elnarə Rəsulova- Rəsm müəllimi: Öz üzərlərində işləməlidirlər”.

Deyirlər ki, rəssamlığı öyrənməyin ən yaxşı yolu təcrubədir. Bəs bunu öz həyatına əks etdirən gənc, nələrlə üzləşib?

Verdiyeva Xədicə- gənc rəssam: “Bu istək və maraq məndə uşaqlıqdan yaranıb. Valideynlərimin və yaxınlarımın dəstəyi ilə daha çox uğura imza atdım”.

Tellan Zeynalova

ƏTRAFLI...