• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 09.12.2023 19:25

Universitet tələbələri startaplarını təqdim ediblər

KepezTV Player

Azərbaycan Texnologiya Universtetində Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 100 illik yubleyinə həsr edilmiş “Gənc innovatorlar” adlı startap müsabiqəsi keçirilib. Müsabiqədə ali təhsil ocağının 30-a yaxın komandası iştirak edib. Qida, nəqliyyat, iqtisadiyyat və İKT istiqamatləri üzrə bacarıqlar nümayiş etdirilib. İnnovasiyanın gələcəyin hədəfi, dördüncü sənaye inqilabının tələbi olduğundan irəli gələrək universitetdə bu istiqamətdə xarici ölkələrin ali təhsil ocaqları ilə də əməkdaşlıq edilir. Məqsəd gənclərin yaxşı təhsil alması və öz ideyalarını maliyəyə, startapa çevirməsinə kömək etməkdir. Müsabiqənin sonunda qalib komandalara xatirə hədiyyələri təqdim edilib.

Şamo Salayev- ATU-nun İnnovasiya Mərkəzinin direktoru: “Yeni növ nəqliyyat texnologiyalarımız var ki, ənənəvi texnologiyanı əvəz edə bilər, yaxşı bir məhsuldarlıq verə bilər. Həm də ekonomik baxımdan dövlətimizə təsir edə bilər. Ekoloji layihələrimiz də var ki, monitorinqlərin aparılmasında kömək edə bilər”.

Rza Əsgərov- iştirakçı: “ANAMA ilə biz görüşlər keçirək. Onla mina ilə bağlı bizi öyrədə biləcəkləri və dəstək verə biləcəkləri hər bir şeyi eləsinlər. Biz də bacardığımız qədər layihəyə gücümüzü qoyaq. Müəyyən qədər maliyyə xərcləri nəzərə alınaraq, biz bu layihəni daha güclü şəkildə təkmilləşdirək”.

Elnur Rzayev